Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31315
az

Bakıda ŞOK! Dörd nəfər  16 yaşlı qızı döyüb videosunu canlı yayımladılar

11:4616 May, 2020
812
KRİMİNAL
  • A

Sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.Musayevanı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “İnstagram” hesablarında onlayn formada yayımlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub.

Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşman olduqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO