Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31174
az

Baş Prokurorluq iki bacının zorlanması ilə bağlı xəbərləri təkzib edib

18:5514 May, 2020
736
KRİMİNAL
  • A

Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də rayon polis şöbəsinə hər hansı müraciət etməyib və bu barədə araşdırma aparılmayıb.

Araşdırmalarla həmçinin, müəyyən edilib ki, əvvəllər də Laçın rayonunun müxtəlif vəzifəli şəxslərini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması və təhqir etməsinə görə Əfqan Sadıqov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən Cəlilabad rayon məhkəməsinə edilmiş müraciətlər əsasında hər iki cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir.

Əfqan Sadıqov məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə mütəmadi olaraq həmin şəxslər və ayrı-ayrı yerli dövlət qurumları haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadır.

Həmçinin qeyd edilməlidir ki, Ayşən Cəfərova və anası Bənövşə Nəcəfova ərizə ilə Laçın rayon Polis Şöbəsinə müraciət edərək Ə.Sadıqovun sosial şəbəkələrdə yaydığı böhtan xarakterli məlumatlarla bağlı barəsində müvafiq tədbirlərin görülməsini xahiş ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR