Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3078
az

Bakıda məktəbdə BİABIRÇILIQ

12:3922 İyun, 2018
1618
KRİMİNAL
  • A
 Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılır.

 OXU24.COM Unikal.org xəbər verir ki, bu barədə redaksiyamıza şagirdlərin valideynləri məlumat veriblər.

Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır.

Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir:

"Dəfələrlə müəllimlərə şikayət etsək də, şikayətlərimiz nəzərə alınmır. Müəllimlər deyirlər ki, diplomlar məcburidir. Hər ay 5 manat verib diplom alırıq”.

Valideynlər bildirirlər ki, bununla bağlı məktəb direktoruna narazılıq etsələr də, direktor bu özbaşınalığa son qoymur. Çarəsiz qalan valideynlər bununla bağlı Təhsil Nazirliyinə müraciət ediblər.

Məsələ ilə bağlı 307 saylı məktəbin direktoru Rövşən Qasımovla əlaqə saxladıq. Direktor məktəbdə şagirdlərə təltifnamə verildiyini təsdiqləsə də, buna görə pul tələb olunduğunu inkar edir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi