Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29924
az

Dayısından atasına görə qisas aldı: "Bacım oğludu, bağışlayıram..." – Cəlilabadda şok hadisə

12:0028 Aprel, 2020
485
KRİMİNAL
  • A

Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Ramil Manafovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil Manafovun əvvələr baş vermiş ədavətə görə münasibət saxlamadığı dayısı Mehman Cəfərov 7 oktyabr 2018-ci il tarixdə onların Qarazəncir kəndindəki evinə gəlib.

Bu vaxt evə gələn Ramil Manafov atası Ariflə görüşüb. Sonra həmin həyətə giriş darvazasına yaxınlaşanda atası ilə Mehman Cəfərovun mübahisə etdiklərini eşdib.

Ramil Manafov geri qaydaraq evin dəhlizinə daxil olanda sərxoş vəziyyətdə olan Mehman Cəfərovun hər iki əlində tutduğu bıçaqla atasını öldürməklə hədələdiyini görüb. O, müdaxilə etdikdə Mehman Cəfərov onunla mübahisəyə başlayıb. Bu zaman Mehman Cəfərov sağ əlində tutduğu bıçaqla onun dodaq nahiyəsinə vurub.

Bundan qəzəblənən Ramil Manafov Mehman Cəfərovu əllləri ilə sinəsindən itələyib, arxası üstə döşəmənin üzərinə yıxıb, sonra sağ əlində tutduğu bıçağı alıb. Bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurub. Mehman Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Ramil Manafovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Manafov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Ramil Manafov apelyasiya şikayəti verib. Qətl hadisəsində günahsız olduğunu qeyd edən Ramil Manafov zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində cinayəti törətdiyini göstərib. O, əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Şəkərbacısı Qasımova bildirib ki, Ramil Manafov bacısı oğludur. Ramilin cinayət əməlini Mehman Cəfərovun hərəkətlərinin təsiri altında törətdiyini deyib və əməlinə görə onun ailə üzvlərindən üzr istəyib. O, Ramil Manafovu bağışlayaraq barışdığını qeyd edib, şikayəti olmadığını, verilən apelyasiya şikayətinin təmin edilməsini xahiş edib.

Ramil Manafovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti Ramil Manafovun şikayəti qismən təmin edilib və onun cəzası 9 il 6 aya endirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı