Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29367
az

Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? — RƏSMİ AÇIQLAMA

17:4922 Aprel, 2020
540
KRİMİNAL
  • A

Sosial şəbəkələrdə Ağsu Rayonu Polis Şöbəsi rəisinə məxsus xırdabuynuzlu heyvanların sakinlərin taxıl sahəsini yararsız hala salması barədə məlumat paylaşılıb.
İddia edilib ki, rayonun Ləngəbiz kənd sakinləri buna etiraz edəndə əraziyə polis yeridilib. İnsanları karantin qaydalarını pozmaqda ittiham edərək, həbs edib və polis bölməsində döyüblər.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

Oxu24.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağsu RPŞ-nin rəhbərliyinə aid təsərrüfatla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzlidir:
“Aparılan araşdırma zamanı məlum olub ki, aprelin 17-də Ağsu rayonunun Ləngəbiz kəndi ərazisində bir qrup şəxs rayonun Cəfərli kənd sakini Alxan Paşayevə məxsus xırdabuynuzlu mal-qaranın bələdiyyəyə məxsus örüş sahəsindən keçərək, İsmayıllı rayonuna getməsinə etiraz əlaməti olaraq toplaşıb.

Əraziyə gələn polis əməkdaşları onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarını pozmaları barədə dəfələrlə xəbərdarlıq etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam ediblər”.

“Bu səbəbdən orada olan şəxslərdən 15 nəfəri saxlanılaraq, Ağsu RPŞ-yə gətirilib və barələrində müvafiq tədbirlər görülüb. Onların döyülməsi ilə bağlı iddialar əsassız və böhtan xarakterlidir, - deyə DİN rəsmisi qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı