Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28647
az

Azərbaycanda biabırçılıq: Şamlıqda intim əlaqədə oldular -Tutulanlar var

17:1512 Aprel, 2020
4888
KRİMİNAL
  • A

Abşeron rayonunda cinsi azlığın nümayəndəsinə qarşı cinayət törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elşad Məmmədov və İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Hüseyn Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

oxu24.com-un publika.az-a istinadən əldə etdiyi məlumata görə, Elşad Məmmədov və Hüseyn Məmmədov sosial şəbəklərdən birində Samir Səlimov (ad və soyad şərti verilib – red.) ilə tanış olublar. Yazışma zamanı Samir Səlimov onlardan birinə cinsi azlıq olduğunu, pul müqabilində oğlanlarla cinsi əlaqədə olduğunu deyib.

Tanışlıq və cinsi əlaqə sövdələşməsi

Paytaxtda fərdi əməklə məşuğul olan və eyni evdə kirayədə yaşayan Elşladla Hüseyn Samir Səlimovu soymaq qərarına gəliblər. Onlar bu niyyətlərini Samir Səlimovdan gizlədiblər. Samir Səlimovla danışan Elşad Məmmədov onun mobil telefonunu alıb.

Daha sonra Elşad Məmmədov Samir Səlimova zəng edib. O, iki dost olduqlarını, onunla pul müqabilində cinsi əlaqədə olmaq istədiklərini deyiblər. Samir Səlimov da onunla razılaşıb, hər biri ilə cinsi əlaqədə olmağa görə, onlardan 10 manat alacağını deyib. Elşad Məmmədov da onunla razılaşıb.

Şamlıqda görüş...

Onlar cinsi əlaqədə olmaq üçün Sumqayıt-Bakı şose yolunun kənarında yerləşən Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan şamlıq ərazidə görüş təyin ediblər.

Elşad Məmmədov və Hüseyn Məmmədov 6 iyul 2019-cu il tarixdə, saat 21.00-da Sumqayıt-Bakı şose yolunun kənarında yerləşən Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan şamlıq hissəyə gəliblər.

Həmin vaxt Elşad Məmmədov orada Samir Səlimovun cibində olan portmanatın içərisində çoxlu miqdarda pul olduğunu görüb, həmin pulu zərərçəkmişin üzərindən oğurlamaq üçün bir-birlərinə işarə ediblər.

Cinsi azlıq necə soyuldu?

Elşad Məmmədov zərərçəkmişlə seksual xarakterli hərəkətlər edərkən, sonuncuya yaxınlaşıb, onu digər seksual xarakterli hərəkətlər etməklə fikrini yayındırıb. Elşad Məmmədov zərərçəkmişin şalvarının aşağı çəkilməsindən istifadə edib və cibində olan portmanatı gizli olaraq çıxarıb.

Daha sonra Elşad Məmmədov içərisində olan 470 manat pulu ağacın altına, portmanatı isə yerə atıb. Sonra həmin məbləği ağacın altından götürərək zərərçəkmişə ziyan vurublar.

Polisə zəng

Elşad Məmmədov və Hüseyn Məmmədov gedəndən sonra Samir Səlimov pulunun oğurlandığını görüb. O, qarət olunması barədə Daxili İşlər Nazirliyinin 102 Zəng mərkəzinə müraciət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki dost həbs edilib.

İstintaq orqanı tərəfindən Elşad Məmmədov və hüseyn Məmmədovun barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cəza

Abşeron rayon Məhkəməsinin hökmü ilə Elşad Məmmədov 1 il 3 ay 4 gün, Hüseyn Məmmədov isə 1 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Hüseyn Məmmədov apelyasiya şikayəti verib. O, qeyd edib ki, Abşeron rayon Məhkəməsinin hökümü ədalətsiz və həddən artıq sərt olub.

Belə ki, məhkəmə cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, hadisənin törədilməsində rolunun olmamasını nəzərə almayıb. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hüseyn Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynalının sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hüseyn Məmmədovun şikayəti təmin olunmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər
Səfərbərlik xidmətinin həbs edilən əməkdaşından XƏBƏR VAR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər