Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28538
az

Azərbaycanda keçmiş icra başçısının qohumu qəza törətdi: Üç nəfər öldü

10:3611 Aprel, 2020
929
KRİMİNAL
  • A

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

Report-un məlumata görə, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Xatırladaq ki, dünən gecə Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölmüşdü.

Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi