Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27947
az

Elmar Vəliyevin bağbanı ölü tapıldı

19:3202 Aprel, 2020
793
KRİMİNAL
  • A

Sabiq icra başçısı Elmar Vəliyevin bağbanı Gəncədəki dəbdəbəli villasında qəfil dünyasını dəyişib.

Oxu24.com  xəbər verir ki, martın 31-də sözügedən villaya baş çəkənlər evin bağında vətəndaş Bağban Əhmədovu hərəkətsiz vəziyyətdə aşkar ediblər. 

Yaşlı bağban təcili 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.

"Demokratik.Az"-ın əldə etdiyi məlumatda bildirilir ki, uzun illərdir sabiq icra başçısının evində bağbanlıq edən şəxsin qəfil ölümünün səbəbi kimi kəskin ürəktutma diaqnozu göstərilsə də, şəhər sakinlərinin bir çoxu mərhumun koronavirusa yoluxaraq ölə biləcəyi barədə danışırlar. 

Bir daha xatırladaq ki, dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası Azərbaycanda da artıq mövcuddur. Hazırda ölkə yetkililəri virusa yoluxma hallarının qarşısının alınması, vətəndaşların sağlamlıqlarının maksimum qorunması istiqamətində təxirəsalınmaz karantin tədbirləri həyata keçirir. 

Təəssüf ki, bu kimi qəfil ölüm halı istər-istəməz "koronavirus" təhlükəsini yada salır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi