Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27753
az

Azərbaycanda anasını vəhşicəsinə qətlə yetirən oğul əmisinin tövləsində ələ keçdi

08:1931 Mart, 2020
497
KRİMİNAL
  • A
Qusarda anasını boğaz nahiyəsinə bıçaqla zərbə vurduqdan sonra qaçan şəxs ələ keçib. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə martın 29-u gecə saatlarında rayonun Xurel kəndin qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını qətlə yetirdikdən sonra qaçıb. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb. İddialara görə, M. Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. M.Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub. N. Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir. Faktla bağlı araşdırmalar davam edir. Hadisənin dəqiq səbəbi aparılan istintaqın sonunda bəlli olacaq. Qeyd edək ki, N. Əhmədovun atası Hacıağa Əhmədov bir neçə il əvvəl Dağıstanda faciəli şəkildə ölüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda narkokuryerdə 22 kq marixuana aşkarlandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO