Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27352
az

Balakəndə “Vitka” ləqəbli narkobaron saxlanılıb

10:4827 Mart, 2020
419
  • A

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini,  “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. 

Şəxsi axtarış zamanı 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkarlanıb. 

Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular
Yasamalda obyektdən 11 noutbuk oğurlandı
Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanıldı


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular