Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2724
az

Sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törətdi - Foto

10:1309 İyun, 2018
1682
KRİMİNAL
  • A
 Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90 SA 832 dövlət nömrə nişanlı "Volksvagen Passat" markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90 LS 301 dövlət qeydiyyat nişanlı "Hunday" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib.

Qəza nəticəsində "Hunday" markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR