Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24322
az

Xızıda "avtoş"lar həbs edildi +FOTO/VİDEO

11:5911 Fevral, 2020
745
KRİMİNAL
  • A

Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Azərbaycanda faciə: Iki qardaş birdən öldü (Video)
Azərbaycanda faciə: Böyük qardaşın meyiti,kiçik qardaşın huşsuz bədəni tapıldı (VİDEO)

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO