Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24008
az

Azərbaycanda qırmancla döyülən qadın əri ilə barışdı

18:2305 Fevral, 2020
430
KRİMİNAL
  • A

Azərbaycanda həyat yoldaşı tərəfindən qırmancla döyülən qadından yeni xəbər var.

Oxu24.com-un Oxu.Az-a istinadən verdiyi məlumatına görə, Xızı rayon sakini Əfsanə İsayeva onu döyən əri ilə yenidən barışıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə saytımıza açıqlamasında bildirib ki, Ə.İsayeva dünən uşaqları ilə birlikdə həyat yoldaşı ilə sığınacaqdan evinə gedib.

Qeyd edək ki, bir müddət əvvəl Xızı rayonunda ana və üç övladı itkin düşüb. Daha sonra məlum olub ki, qadın həyat yoldaşı tərəfindən qırmancla döyüldüyü üçün üç övladını da götürərək, evdən qaçıb.

Qadının həyat yoldaşı Səxavət İsayev barəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı