Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22339
az

10 yaşlı Nərminin qatilini hansı cəza gözləyir? - Vəkil açıqladı

20:4008 Yanvar, 2020
604
KRİMİNAL
  • A

Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayının 21-də kənddəki toydan bir gün sonra itkin düşən və 2 gün əvvəl yanmış meyiti tapılan 10 yaşlı Nərminin cinayəti ölkənin gündəm mövzusudur. 

Bu cinayətdən sonra hər kəs qatilin ən ağır cəzaya layiq görülməsini tələb edir. 

Bəs görəsən qatili hansı cəza gözləyir? 

Azxeber.com bu sualla tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Roman Qaraşova müraciət edib. 

O deyib ki, azyaşlını öldürən şəxsi 20 ilə qədər və ya ömürlük həbs gözləyir:  

“Baş vermiş hadisə ilə əlaqədar dərin sarsıntı keçiririk. Faciə barədə məlumatlar azyaşlı qızın ilk baxışdan təbii ki, qətlə yetirilməsi fikrini formalaşdırır. Bununla bağlı artıq cinayət işi başlanılıb, araşdırma aparılır. Təqsirləndirilən şəxslərin ən qısa zamanda aşkar edilərək məsuliyyətə cəlb ediləcəyini ümid edirik. 

Cinayət məcəlləsinə əsasən bu əməli törədən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi həytdan məhrum edib. Bu o deməkdir ki, 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarının tətbiqi mümkündür.  

Azyaşlı yandırılaraq qətlə yetiribsə cinayət qanunvericiliyinə əsasən məhz bu cür əməl tövsif olunacaq.  

Digər bir versiya azyaşlıya qarşı zorakılıq olunub, qətlə yetirilib və meyiti yandıraraq izləri itirilməyə çalışılıb. Bu halda Cinayət məcəlləsinin daha bir neçə əlavə maddəsi ilə istintaq aparıla bilər.  

Hər bir halda müəyyən qənaətə gəlmək üçün istintaqın gedişini diqqətdə saxlamaq lazımdır”. 

Qeyd edək ki, 10 yaşlı Nərminin qatili tapılmayıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ