Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21164
az

Qızı ilə Türkiyəyə qadın aparan Kəmalənin yeni əməlləri - 7 qadını...

12:2920 Dekabr, 2019
425
KRİMİNAL
  • A

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Kəmalə Məmmədovanın barəsində cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, ona Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Kəmalə Məmmədova Azərbaycan vətəndaşı olan bir qrup qadını aldadaraq Türkiyə respublikasına aparıb və orada otellərdə kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.

Onun əməllərindən bir qrup qadın Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Şikayət əsasında Kəmalə Məmmədova saxlanılıb. Kəmalə Məmmədovanın bu əməlləri nəticəsində 7 qadın zərər çəkib.

 

Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

 

Qeyd edək ki, Kəmalə Məmmədova eyni əməllər törətdiyi üçün 2008-ci ildə də həbs olunmuşdu. Həmin dövrdə o, qızı ilə birlikdə 10-a yaxın qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyduqları məlum olunmuşdu.

Kəmalə Məmmədova və qızı insan alveri ittihamı ilə həmin il mühakimə olunmuş və məhkum edilmişdilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı
Cinayətdə şübhəli bilinən 83 nəfər saxlanıldı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı