Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21047
az

Restoranın müdiri rəqqasəni Samir Bağırova görə öldürüb - ŞOK DETALLAR

22:3418 Dekabr, 2019
2143
KRİMİNAL
  • A
Bəzi xəbər saytlarının yaydığı məlumata görə rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahla başından vurularaq öldürülüb. Hadisənin "Qarabağ" restoranın sahibi Şeyda Novruzov tərəfindən törədilib. Restoranın sahibi hadisəni törətdikdən sonra ölkədən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub. Cinayət materiallarından əldə olunan məlumata əsasən cinayət baş verən zaman müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olub. Hadisə baş verən zaman restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi halda davranıb. Restoranın sahibi rəqqasənin qulağına nə isə deyərək əsəbiləşib. Daha sonra içki bakalını rəqqasənin başına vuraraq onu ağır yaralayıb. Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasəni başından vurub. Əməkdaşımıza adının çəkilməsini istəməyən şəxs Samir Bağırovun hadisə ilə əlaqasinin olduğunu bildirib: "Bu hadisə illər öncə baş verib. Rəqqasə Rasimə Bəşirova (Sima) müğənni Samir Bağırova görə restoranın sahibi Şeyda Novruzov tərəfindən öldürülüb. Belə ki, Şeyda Samiri təhqir etdiyi üçün Sima ondan üzr istəməsini tələb edib. Lakin restoranın sahibi Simanın sözləri ilə razılaşmayıb və əsəbiləşib. O, içki bakalını rəqqasənin başına vurub. Sonra ardınca Simaya silah çəkərək onu öldürüb. Onu da qeyd edim ki, restoranın sahibi Şeyda Novruzov hazırda həyatda yoxdur. Belə ki, o, həbs olunduqdan bir müddət sonra həbsxana həyatına dözə bilmədi. Ürəyi partlayıb, öldü". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
Sumqayıtda meyit tapıldı
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb