Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21001
az

Bakıda ana və qızının qətlinin ŞOK TƏFƏRRÜATI: Əvvəl ananı,sonra işdən qayıdan qızı öldürüb

12:0918 Dekabr, 2019
883
KRİMİNAL
  • A

Dekabrın 13-də paytaxtın Bakıxanov qəsəbəsində yaşadıqları evdə qətlə yetirilən ana və qızla bağlı kamera görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, öldürülən ana və qızın kirayə yaşadığı Bakıxanov qəsəbəsindəki Akkordun “Uğur-2” kompleksinin binalarında olan müşahidə kameralarının görünütləri incələnib.

Məlum olub ki, 1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın qətli törətməkdə şübhəli bilinən oğlu evə səhər saatlarında gəlib və bu vaxt evdə anası tək olub. Əvvəlcə anasını öldürüb və bacısı, 1994-cü il təvəllüdlü Elgün Niftizadənin işdən gəlməsini gözləyib. Gecə təxminən 00:07 radələrində işdən evə gələn E.Niftizadə də qətlə yetirilib. Müşahidə kameralarından aydın olur ki, E.Niftizadə evə girdikdən bir neçə dəqiqə sonra qardaşı əlində bıçaqla evi tərk edib.

Məlumta görə, öldürülən ana və qızın yaxınları olmadığı üçün onların meyitlərinə sahib çıxan yoxdur.

Xatırladaq ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı