Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19485
az

Bakıda dəhşət: Quyudan boynu kəsilmiş kişi meyiti tapıldı

10:5327 Oktyabr, 2019
1942
KRİMİNAL
  • A
 
{banner_reklam}

Bakıda dəhşətli qətl hadisəsinin üstü açılıb.

Oxu24.com -un  Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, sonuncu dəfə 10 gün əvvəl şəxsi “BMW”si ilə evindən çıxan paytaxt sakininin amansızlıqla öldürüldüyü məlum olub. Onun həyat yoldaşı isə polisə müraciət edib və ərinin itkin düşdüyünü bildirib.

Axtarışlar nəticəsində Elvin Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

Oktyabrın 25-də isə Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda naməlum kişi meyiti aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları məhkəmə-tibb ekspertinin də iştirakı ilə öldürülən şəxsin Elvin Həbibzadə olduğu dəqiqləşib.

Əməliyyat-istintaq tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən şəxslər -  Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayev saxlanılıb.

Məlum olub ki, onlar qabaqcadan cinayət əlaqəsinə girərək Elvin Həbibzadə ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək üçün onun avtomobili ilə oktyabrın 15-də axşam saatlarında Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər.

Maşında tərəflər arasında mübahisə daha da qızışıb. E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına söyüş söyüb, avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan E.Həbibzadənin boyun nahiyəsinə zərbə endirərək onu qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək, S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

Səbuhi Ələkbərov və Rəşad Fətullayev barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

{banner_reklam1}

Hadisə i lə  bağlı  18+ videonu  təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı