Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18554
az

Bakıda həkim tələbə qızı maşınla vurdu - ŞİKAYƏT - FOTO

19:3102 Oktyabr, 2019
572
  • A
Bakının Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin yaxınlığında yol qəzası baş verib.

Oxu24.com demokrat.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin II kurs tələbəsi olan 21 yaşlı Həmidə Bəxtiyarova piyada zolağını keçərkən həkim-kardioloq Rəhimə Piriyevanın idarə etdiyi "Nissan" markalı avtomobillə vurulub.
Qəzadan sonra Rəhimə Piriyeva Həmidə Bəxtiyarovanı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb.

Hadisədən 10 gün vaxt ötsə də, zərərçəkmiş Həmidə Bəxtiyarova onu vuran xanım həkimdən şikayətçi olduğunu bildirib.

Demokrat.az həmin şikayəti olduğu kimi təqdim edir:

"Mən Bəxtiyarova Həmidə Elcin qızı BDU-nin Jurnalistika fakültəsində 2-ci kurs tələbəsiyəm. 21 sentyabr axşam saat 21:04-da Bakının Nərimanov rayonu, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı piyada keçidindən kecdiyim zaman "Nissan" markalı maşın məni vurdu. Mən saat 21:00-da işdən çıxıram və hər gün o yolu keçirəm. Maşın məni vuran zaman mən huşumu itirmişəm, heç nə xatırlamıram. Məni vuran həkim Piriyeva Rəhimə Akif qızı "Semaşka" kimi tanınan xəstəxanaya gətirib. Mən gözümü açan zaman xəstəxanada idim. Həkimlər mənə yardım göstərib. Məni vuran həkim Rəhimə xanım mənim vəziyyətimin yaxşı olduğunu və evə gedə biləcəyimi ailəmə bildirib. Xəstəxanada mənim adımı qeydiyyata salmaq istəmirdilər. İlk tibbi yardimdan 30 dəqiqə sonra mən şok keçirmişəm və heç nə bilməmişəm. Atamın təkidi ilə adım qeydiyyata salındıqdan sonra tədqiqatçı gəlib. Huşum özümdə olmadığına görə məndən izahat götürə bilməyib. İki gün sonra tədqiqatçı Sərxan Süleymanlı atamın təkidi ilə gələrək məndən izahat götürdü və mən şikayətçi olduğumu bildirdim. On gün ərzində xəstəxanadayam, cəmi bir dəfə mənim yanıma gəlib, öz həkim yoldaşı ilə məni yoxlamaq istəyib, o zaman da mən artıq müayinə edilmişdim. Üzümün sol tərəfi əzilib, sıyrılıb, bədənimin sol hissəsi əzilib, kəllə-beyin silkələnməsi almışam. İndi də özümü pis hiss edirəm, başımda güclü ağrılar var, iki qabaq dişim sınıb. İndi də xəstəxananın baş həkimi ilə birləşib işini yüngüllətmək üçün müalicəm tam bitməmiş xəstəxanadan qovdurmaq istəyir. Mənim heç bir maddi və mənəvi ziyanımı qarşılamaq istəmir. Mən öz təhsil haqqımı ödəmək üçün işləyirəm, 500 azn əmək haqqı alıram. Mənə 3 ay işləmək olmaz. Mən təhsil haqqımı ödəyə bilmirəm və sizdən bir tələbə olaraq xahiş edirəm ki, mənə qarşı olan bu haqsızlığa son qoyulmasına kömək edəsiniz. Mənə dəyən maddi və mənəvi ziyan ödənilsin".

Şikayətçinin iddiaları ilə əlaqədar qarşı tərəfin mövqeyini öyrənmək üçün Rəhimə Piriyeva ilə telefon əlaqəsi saxladıq. Lakin o, suallarımıza cavab verməkdən imtina etdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı