Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17869
az

Elinanın anasından ŞOK açıqlama: "Xalidə Bayramova qızımın ölümündə günahsızdır"

15:1313 Sentyabr, 2019
870
KRİMİNAL
  • A
 

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın dünən  məhkəməsi baş tutub.

Ooxu24.com -un  verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.

Oxu24.com xəbər verir ki, məhkəmə prosesindən sonra intihar edən məktəblinin anası Sevil Hüseynova mətbuata açıqlama verib. O, Səbail rayon İcra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova ilə aralarında anlaşma olması  barədə mətbuatda yayılan  xəbərlərə  münasibət bildirib. S.Hüseynova bildirib ki, o heç vaxt  Xalidə Bayramovadan polisə şikayət etməyib.

" Mən onunla cəmi bir dəfə prokurorluqda üzləşmədə qarşılaçmışam. Həmin vaxt aydın oldu ki,Elinanın ölümündə Xalidə Bayramovanın günahı yoxdur. Ondan mənə pul təklif olunmayıb, heç vaxt mənə zəng də etməyib.Mən heç vaxt ondan rəsmi olaraq şikayət etməmişəm. Bu barədə yalnız sosial şəbəkələrdə kimlərsə yazıb", deyə o bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə iddia olunur ki, Elina Hacıyevanın anası vəzifəli xanımla danışığa gedərək ona qarşı verdiyi iddianı geri götürüb.

Sevil Hüseynovanın geniş açıqlamısını videoda izləyə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı