Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16414
az

Evinə gələn qonağı öldürdü, ele yerdə basdırdı ki... — Lerikdə DƏHŞƏTLİ QƏTL

22:5402 Avqust, 2019
903
KRİMİNAL
  • A
 Qonağını öldürüb zirzəmidə basdıran şəxsin MƏHKƏMƏSİ Lerik rayon sakinini öldürməkdə təqsirləndirilərək məhkum olunan Tələt Dadaşov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
"Oxu24.com" xəbər verir ki, Ali Məhkəməyə müraciət edən Tələt Dadaşov ona daha yüngül cəza çıxarılmasını istəyir.
Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinə 2018-ci il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin meyiti eksqumasiya edilib.
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı