Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16374
az

Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə

20:4001 Avqust, 2019
744
KRİMİNAL
  • A
 Gürcüstanda fəaliyyət göstərən "Lanset" klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat "İnterpol"un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu "İnterpol" xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

"Ceyranlı Fərman Cahan oğlu - 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. "İnterpol" kanalları ilə beynəlxalq axtarışdadır",- deyə rəsmi məlumatda qeyd olunur.

Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda "Lanset" klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb