Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16120
az

Bakıda gənci əxlaq söhbətinə görə öldürdülər

11:5425 İyul, 2019
863
KRİMİNAL
  • A
 İyunun 24-də  Bakının Binəqədi rayonunda qətl törədilib.

Bu barədə Oxu24.com a Binəqədi Rayon Prokurorluğundan məlumat veriblər.

Cinayət saat 04:00 radələrində Ağamalıyev küçəsində 6 saylı binanın qarşısında baş verib.

Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. K.Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda qan itirdiyinə görə ölüb.

Operativ-istintaq qrupu təhqiqat zamanı müəyyən edib ki, qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə mühakimə olunmuş 22 yaşlı Çərkəzov Pərvin Pərviz oğlu törədib. O, hadisə yerindən qaçıb və hazırda sözügedən rayonun 4-cü Polis Bölməsinin əməkdaşları onun axtarışını davam etdirirlər.

İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib.

Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.

O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.

Qətl faktı üzrə cinayət işi qaldırılıb, istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı