Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15518
az

Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan deyir?

21:0810 İyul, 2019
747
  • A
 Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlunun qətlində öz həyat yoldaşının əli ola bilər.
Bu barədə Oxu.Az-a Bakının Suraxanı rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.
Oxu.Az-ın daha əvvəl verdiyi məlumata əsasən, iyulun 7-si, saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibbi yardım göstərilib.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən R.Sofiyanın sözlərinə şübhə ilə yanaşır və hesab edir ki, o, nəyisə gizlədir.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. A.Sofiyevə divanda oturanda hücum edilib. Maraqlıdır ki, qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia edirlər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.
Hərçənd ilkin dindirmə zamanı R.Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində  baş verib. Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı.
Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünür. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.
Əldə olunan məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.
Ehtimal edilir ki, qadın istintaqdan həqiqəti gizlədir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, əgər qadın qətldə iştirak edibsə, deməli, onun köməkçisi olub:
"Çox güman ki, bıçaq zərbələrini kişi endirib. Və ən əsası, biz Araz Sofiyevin kimə borclu olduğunu tapmamışıq. İndi istintaq bütün mümkün versiyalar üzərində işləyir”.
Daha bir versiyaya əsasən, kişi yatarkən öldürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi