Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14803
az

Azərbaycanda 22 yaşlı nişanlı qız ingilisə qoşulub qaçıb - "3 aydır qızımdan xəbər ala bilmirəm" - FOTO

22:0621 İyun, 2019
1136
KRİMİNAL
  • A
Azərbaycanda 22 yaşlı nişanlı qız 23 yaşlı ingilisə qoşulub qaçıb.

Oxu24.com big.az-a istinadla xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan qızı Arzu Skwierezi axtaran ana deyib.

Ana bildirib ki, 2010-ci ildə Amerikadan 50 gənc Azərbaycandakı uşaqlara kompüter dərsi keçməyə gəlmişdi. Həmin gəclərdən biri qızımdan xoşu gəldiyi üçün elçi göndərmişdi. Qızım kursda ingilis dili müəliməsi işləyirdi. Oğlan həkimliyi qurtarıb. Onlar elçi gələndə həyat yoldaşım çox əsəbləşdi.

Arzunun atası qızımın ingilis oğlanla ailə qurmasına icazə vermədi. Daha sonra qızımı başqa oğlanla nişanladıq. İngilisdə qızımı götürüb qaçdı. Oğlan Azərbaycan dilini yaxşı bilirdi. Biz onları 4 gün sonra tapdıq. 4 gündən sonra onlar bizə barışığa gəldi. Oğlan dinini dəyişib müsəlman oldu. Biz də ona görə onları ayırmadıq. Onlar gedən zaman bizim evimizin yaxınlığında yaşayırdılar. Qızımın bir övladı oldu.

O, oğlanla Amerikaya getmək istəmirdi. Oğlan söz verdi ki, hər iki ildən bir Arzunu buraya gətirəcək. Lakin Arzu oraya gedəndən bir dəfə də Azərbaycana gəlməyib. Amerikaya gedəndən, sadəcə, 2-3 dəfə onlarla telefon əlaqəmiz oldu. Onların ikinci övladı da oldu. 3 aydır qızımdan xəbər ala bilmirəm. Oğlan ona inanıb uşaqla qızımı Azərbaycana göndərmir. Qızım orada bir dəfə ruhi dispanserdə yatıb. Tək qaldığına görə əsəbləri pozulmuşdu. Sonuncu dəfə qızım dedi ki, uşağı gəzməyə çıxartmışam. Uşağın müəlliməsi görüb ki, qızım oğlu ilə əsəbi danışır. O da gedib sosial işçilərə məlumat verib. Ona görə də onu xəstəxanaya yatızdırdılar. Mən oğlanla danışanda deyirəm ki, qızımla icazə ver danışım. O, deyir qızın sənlə danışmaq istəmir. Deyirəm videonu aç görüm qızım, həqiqətən, evdədir".

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər