Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
133
az

Səfirlikdən Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı

01:2101 Aprel, 2018
1386
KRİMİNAL
  • A
Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.

Oxu24.com  bildirir ki, Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.

Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb. Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.
Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.Səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı