Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13161
az

Şagirdə "zibil" deyən müəllimənin izahatı alındı,töhmət verildi

22:2113 May, 2019
821
KRİMİNAL
  • A
 
Bu gün Femida.az saytında 246 nömrəli orta məktəbdə II sinif şagirdinə müəllim Pərvanə Absalamova  tərəfindən kobudluq edilməsi və şagirdə fiziki güc tətbiq etməsinin video görüntüsü yayılıb. Hadisə ilə bağlı məktəbdən reaksiya gəlib.

Femida.az -a 246 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, mayın 10-da məktəbin ibtidai sinif müəllimi şeir deyən uşaqların fikrini yayındıran II sinif şagidini (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) tənbeh edib. Bununla bağlı videogörüntü müəllimin özü tərəfindən yaradılmış valideyn votsap qrupuna göndərilib.

Videogörüntü valideyn tərəfindən mayın 13-də məktəb-liseyin rəhbərliyinə təqdim olunub. Məktəb-liseyin rəhbərliyi tərəfindən dərhal ibtidai sinif müəlliminin izahatı alınıb və valideynin ərizəsinə əsasən, şagirdin sinfi dəyişdirilib. Məsələ ilə bağlı müəllimə töhmət verilib.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub