Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verildi - Axtarışdadır
11 Aprel 2025, 21:13
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
578
10.01.2025, 12:43
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin - hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib.
Oxu24.com “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu məlumat gömrük generalının öz ifadəsində əksini tapıb.
Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.
2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanı ilə Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə o vaxt oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.
“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, - deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.
2022-ci il noyabrın 28-də Prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.
General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.
O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumları idi.
S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir.Onun sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər: “Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.
Həmçinin oxuyun
S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.
Azpolitika.info yazır ki, həmin vaxt Naxçıvan MR Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov və muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev də həbs edilmişdi.
M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib.
2023-cü ilin aprelindən bəri hər ikisinin işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılırdı.
Onların birlikdə mühakimə olunmasının bir səbəbi də budur ki, R.Əliyev 2020-ci ildə nazir təyin edilməzdən öncə Gömrük Komitəsində M.Əsgərovun vəzifəsində çalışıb. Ona həm şöbə rəisi, həm də nazir işlədiyi dövrlə bağlı ittihamlar verilib.
Cinayət işinin materiallarında yazılırdı ki, (mənbə-Gununsesi.info) Naxçıvan MR-ə gətirilən, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair bilgilər qanunla müəyyənləşdirilmiş qaydada mərkəzləşdirilmiş sistemə daxil edilməli idi. Ancaq Naxçıvan MR Gömrük Komitəsi qanunsuz şəkildə özbaşına alternativ proqram yaradıb və hesabatlar ora daxil edilib. Məhz həmin hesabatdan özləri gerçək durumu biliblər. Büdcəyə isə gələn vəsaitlərin cüzi bölümü köçürülüb.
Özünü qismən təqsirli bilən M.Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib: “Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.
M.Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, axı qeyri-rəsmi sistemi də səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görür və hesabatlar təqdim olunurdu. Onun sözlərinə görə, işə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olub: “Dövlətin generalının verdiyi tapşırığı icra etmişəm. Sadəcə, şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paket almışam”.
M.Əsgərov və R.Əliyevin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.
23:00 / 11 Aprel 2025
Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
17
22:00 / 11 Aprel 2025
Putin Trampın xüsusi nümayəndəsi ilə nə danışıb?
22
21:42 / 11 Aprel 2025
106 milyard dollar sərvəti var - 1 faizini övladlarına verəcək
25
21:13 / 11 Aprel 2025
Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verildi - Axtarışdadır
52
21:02 / 11 Aprel 2025
Qəzanı törədən sürücünün oğlu DANIŞDI-VİDEO
43
19:36 / 11 Aprel 2025
Faizsiz kreditlə mənzilə sahib olun - “Kristal Abşeron”
51
19:19 / 11 Aprel 2025
İşdən çıxarılan bağça direktorunun şikayəti təmin edilmədi
65
18:55 / 11 Aprel 2025
Almaniya “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verə bilməz
61
18:49 / 11 Aprel 2025
Bakı-Tbilisi qatarının bərpası təxirə salındı
79
18:49 / 11 Aprel 2025
Böyük Britaniya parlamenti British Steel-in milliləşdirilməsi məsələsinə görə fasilə verib
69
18:36 / 11 Aprel 2025
TÜRKİYƏ İmamoğlunun məhkəməsindən ilkin QƏRAR - FOTO
78
18:30 / 11 Aprel 2025
“Azpulmanat”,”Manato” borcların silmək belə asandır ki? — Hüquqşünas danışır
384
18:20 / 11 Aprel 2025
Rusiyanın baş prokuroru BƏƏ-yə səfər edəcək
78
18:19 / 11 Aprel 2025
Rusiyanın keçmiş xarici işlər naziri xarici agentlər siyahısına əlavə edilib
78
18:11 / 11 Aprel 2025
ABŞ-nin dövlət xərcləri artır
78
18:06 / 11 Aprel 2025
İmtahanda yüksək nəticə göstərən əkizlər
577
17:55 / 11 Aprel 2025
Rusiyanın xarici borcu artıb
94
17:19 / 11 Aprel 2025
Qəzada adam ölərsə,sürücünü hansı cəza gözləyir? — Hüquqi yardım
356
17:15 / 11 Aprel 2025
Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı
108
17:09 / 11 Aprel 2025
Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsini tərk edib
117
17:01 / 11 Aprel 2025
Qar yağacaq - Bu tarixdə
461
16:58 / 11 Aprel 2025
Rusiya1 trilyon rubldan çox itirə bilər
108
16:50 / 11 Aprel 2025
Kreml Putinlə Witkoff arasında görüş barədə məlumat verib
107
16:31 / 11 Aprel 2025
Əli Əsədov yeni qərarlar imzaladı
418
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.