DTX-nin tutduğu şəxsə ağır CƏZA VERİLDİ
09 Dekabr 2025, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
482
29.11.2024, 15:12
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.
Oxu24.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Bundan başqa, Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov Kamran Əhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
14:30 / 09 Dekabr 2025
110
14:26 / 09 Dekabr 2025
33
14:23 / 09 Dekabr 2025
17
14:10 / 09 Dekabr 2025
21
14:05 / 09 Dekabr 2025
23
14:01 / 09 Dekabr 2025
26
13:59 / 09 Dekabr 2025
23
13:47 / 09 Dekabr 2025
409
13:39 / 09 Dekabr 2025
60
13:29 / 09 Dekabr 2025
39
12:59 / 09 Dekabr 2025
51
12:52 / 09 Dekabr 2025
184
12:47 / 09 Dekabr 2025
239
12:41 / 09 Dekabr 2025
43
12:31 / 09 Dekabr 2025
511
12:26 / 09 Dekabr 2025
54
12:18 / 09 Dekabr 2025
90
12:14 / 09 Dekabr 2025
44
12:09 / 09 Dekabr 2025
91
12:06 / 09 Dekabr 2025
108
11:56 / 09 Dekabr 2025
68
11:38 / 09 Dekabr 2025
1458
11:30 / 09 Dekabr 2025
150
11:23 / 09 Dekabr 2025
720
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.