Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11961
az

Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər

17:5214 Aprel, 2019
997
KRİMİNAL
  • A
 Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.

“Komsomolskaya pravda” nəşrinin yazdığına görə, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.

Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.

Onlar bazara qayıdaraq satıcıdan pulun qaytarılmasını tələb ediblər. Kartofu satan şəxs isə malın dediyi əraziyə çatdırılacağı təqdirdə pulu qaytaracağını deyib. Vəd olunan saatda kartofla dolu maşın əraziyə gələndə, azərbaycanlılar orada naməlum şəxsləri görüblər. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman kartofu satan şəxsin adamlarından biri azərbaycanlılara odlu silahdan atəş açıb.

Qətli törədən şəxs polis tərəfindən axtarılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı