Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1183
az

Yanan binaya görə su ittihamı - “Azərsu” məsələyə aydınlıq gətirdi

23:2628 Aprel, 2018
1050
KRİMİNAL
  • A
 “Bakıda 32 mərtəbəli binada baş verən yanğın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edib. Binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub”.

Bunu “Oxu24.com”a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu gün Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın zamanı su qıtlığının yaşanması ilə bağlı səslənən itttihamlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu gün ərazini su ilə fasiləsiz təmin edib:
 
“Həmin ərazidə “Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib.

Bildirmək istəyirəm ki, hətta binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. “Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO