Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11664
az

Tərtərdə ŞOK olay: Məktəb direktoru qızı ilə birləşib qadın müəlliməni döydü

12:4605 Aprel, 2019
941
KRİMİNAL
  • A
 
Tərtər rayonu Umudlu kənd orta məktəbində direktor Zabil Zeynalov və müavini Şəfa Cavadova arasında insident yaşanıb.

Bu barədə “Yoxsulluğun azaldılması, əlil və kimsəsizlərə kömək” İctimai Birliyinin Tərtər üzrə regional koordinatoru Günel Əliqızı bu barədə Femida.az-a məlumat verib:

“Zabil müəllim qızı Rəna Zeynalova ilə birlikdə məktəbin dərs hissə rəhbərini döyüb. Mən 3 ildir çalışdığım QHT-in Tərtər rayonu üzrə regional koordinatoruyam. Həmin məktəbin direktoru dəfələrlə təşkilatımıza mənə qarşi hörmətsizlik edib. Uşaqların qarşısında məktəb direktoru istədiyi hərəkəti edə bilərmi?! Artıq məsələ prokurorluğa və polisə bildirilib. 2 gün bundan əvvəl Umudlu kənd orta məktəbinin direktoru qızı ilə birlikdə direktor müavinini döyüblər. Hadisəyə səbəb direktorunun qardaşı gəlini olan Könül xanım tərəfindən sinif jurnalının evə aparılması olub. Orada müəllim işləyən Könül xanım heç kimə xəbərdarlıq etmədən jurnalı evə aparıb. Müavin bildirib ki, jurnal məktəbdən kənara çıxarıla bilməz. Şəfa xanım iradını bildirəndə direktor onunla mübahisə edib. Daha sonra davaya direktorun qızı Rəna Zeynalova da qoşulub. O, Şəfa xanımı əlindəki sumka ilə vurub. Müəllimə özü prokurorluq və polis orqanlarına ərizə ilə müraciət edib”.

Məsələnin detallarına varmaq üçün Umudlu kənd orta məktəbinin direktoru Zabil Zeynalov məsələ ilə bağlı Femida.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Yayılan məlumatlar əsassızdır. Bu məktəbdə elə bir şey olmayıb. İndi bu məlumatın necə yayılıb kökündən araşdıracağıq. Hər şey aydınlaşacaq. Axı gərək belə bir hadisə olsun ki, belə bir məlumat yayılsın. Hər hansı şəxsin “facebook”da məlumat yayması hadisənin həqiqət olduğunu əks etdirimir".

Direktor məktəbdə müəllimənin jurnalı evə aparması məsələsindən də danışıb: "Jurnalı sinif rəhbəri evinə aparıb, səhər də məktəbə gətirib. Başqa adam aparmayıb ki? Jurnalı evə aparmaq nə böyük cinayətdir ki?".

Hələ ki, döyüldüyü iddia edilən Şəfa Cavadova ilə əlaqə yaratmaq mümkün olmayıb. Femida.az məsələni diqqətdə saxlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər