Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116037
az

"TikTok"da kredit fırıldağı: 200-dən çox vətəndaşı aldatdı (VİDEO)

12:5714 Avqust, 2024
76
KRİMİNAL
  • A

Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində “TikTok” sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır
Bakıda evdən 89 min manatlıq OĞURLUQ
Azərbaycanda sabiq rəislər həbs edildi

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır