Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112884
az

Qətlə yetirilən polisin 10 gün sonra toyu olacaqmış

12:2624 İyun, 2024
91
KRİMİNAL
  • A

Gecə saatlarında Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarından birinin yaxın günlərdə toyu olacaqmış.

Oxu24.com azxeber.com-a istinadən xəbər verir ki, polis serjantı Mahir Mayıl oğlu Ağayev nişanlı olub. M.Ağayevin 10 gün sonra toyu ilə bağlı planlar qurulub.

Qeyd edək ki, vəfat edən serjantlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları olublar.

Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Qətlə yetirilən polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi