Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112087
az

İnvestisiya adı altında vətəndaşların 228 min manatını və qızıl-zinət əşyalarını ələ keçirdi - FOTO

10:5314 İyun, 2024
60
KRİMİNAL
  • A

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, “Instagram”da  “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.

C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb. 

Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.

Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib. 

Məhkəmənin qərarı ilə  C.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi