Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109601
az

İsmayıllıda narkokuryerlərdən avtomat götürüldü - FOTOLAR

15:0022 May, 2024
89
KRİMİNAL
  • A

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi