Paytaxtın Xətai rayonunda bu gün səhər saatlarında 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib.
O xəstəxanya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.
Çayxanada insanları güllələdi - VİDEO
Oxu24.com
ŞƏRHLƏR