"Təhsil eksperti"nə hökm oxunub
17 Sentyabr 2026, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
7127
09.04.2024, 17:59
Vəkil Sadiq Əfəndiyev: "Əhmədin barəsində məhkəmənin qərarı ilə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər."
Xəbər verdiyimiz kimi Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Qeyd olunan rəsmi xəbərdən sonra cəmiyyətdə müəyyən müzakirələr açıldı.
Bu rəy əsasında Əhməd Əhmədovu hansı cəza gözləyir?
Oxu24.com-a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, Məhkəmə-psixatrik ekspertizasının rəyi ilə şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müəyyən edildiyi halda, ibtidai istintaq cinayət-prosessual qanunvericliyində nəzərdə tutulmuş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri nəzərə alınmaqla davam etdirlir.

İş üzrə icraat yekunlaşdıqdan sonra cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilir.
Bəs şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə,hansı addım atılacaq?
Vəkil Sadiq Əfəndiyev sözlərinə görə,Məhkəmə baxışı zamanı şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.
Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir və cəzalandırılmır.
Onun barəsində yalnız tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi psixi pozuntusu olan şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsində 4 növ tibbi xarakterli məcburi tədbirlər nəzərdə tutulmuşdur.
Onlara aiddir: məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə və ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.
Sadalanan tibbi xarakterli məcburi tədbirlərdən ən ciddisi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicədir və bu müalicə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə təyin edilir.
Müəllif: Miri Məcidli
20:26 / 17 Sentyabr 2026
1
20:17 / 17 Sentyabr 2026
22
20:07 / 17 Sentyabr 2026
32
19:56 / 17 Sentyabr 2026
323
19:50 / 17 Sentyabr 2026
53
19:49 / 17 Sentyabr 2026
42
19:45 / 17 Sentyabr 2026
118
19:35 / 17 Sentyabr 2026
55
19:30 / 17 Sentyabr 2026
56
19:30 / 17 Sentyabr 2026
195
19:25 / 17 Sentyabr 2026
52
19:23 / 17 Sentyabr 2026
55
19:15 / 17 Sentyabr 2026
50
19:10 / 17 Sentyabr 2026
52
19:00 / 17 Sentyabr 2026
63
19:00 / 17 Sentyabr 2026
140
18:51 / 17 Sentyabr 2026
192
18:45 / 17 Sentyabr 2026
2216
18:32 / 17 Sentyabr 2026
30
18:30 / 17 Sentyabr 2026
72
18:29 / 17 Sentyabr 2026
77
18:27 / 17 Sentyabr 2026
62
18:20 / 17 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.