Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103048
az

Qeyri-rəsmi nikahda yaşadığı qadını öldürən şəxsə 18 il həbs cəzası verilib

12:3619 Fevral, 2024
174
KRİMİNAL
  • A
Qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, ittiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etməsinə, əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib. Belə ki, təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanovda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib. İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməklə xüsusi amansızlıqla ümumilikdə, 25 bıçaq zərbəsi vurub. T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü (xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü