Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102422
az

Zaqatalada məktəbdən çıxan 3 məktəblini avtomobil vurub

15:0408 Fevral, 2024
683
KRİMİNAL
  • A
Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Göyəm kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, 11 yaşlı məktəblilər eyni sinfin şagirdləridir. Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO
Özünü restoranın həyətində asdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA