Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102247
az

Professor Mayis Əliyevin evinə HÜCUM EDİLDİ: Əl-ayağını kəndir və kabellə...

14:2506 Fevral, 2024
191
KRİMİNAL
  • A

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.

İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. "İşini" rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü