Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102067
az

Neftçalada keçmiş polis əməkdaşının intiharının səbəbi məlum oldu

11:3004 Fevral, 2024
161
KRİMİNAL
  • A

Bəzi sosial şəbəkə səhifələrində 2016-2020-ci illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Əyyubov Şahin Elçin oğlunun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

DİN-in mətbuat xidmətindən  Oxu24.com-a  bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.

İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib.

Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib.

Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı