Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100484
az

Masazırda ikinci mərtəbədən yıxılan qızın qonşusu təfərrüatı açıqladı

23:5904 Yanvar, 2024
278
KRİMİNAL
  • A

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında yerləşən fərdi yaşayış evlərinin birində 14 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində ikinci mərtəbədən yıxılıb.

Hadisə şahidinin sözlərinə görə, təcili tibbi yardımla əlaqə saxlasa da, köməyə gələn olmayıb:
"Uşağın vəziyyəti pis idi, ayaqları sınmışdı, qanın içində idi. Təcili yardımla əlaqə saxladım. Təəssüf ki, heç kim gəlmədi. Heç kim bizim zənglərimizə cavab vermədi. Uşaq ağrı içində idi, qan itirirdi. Ona görə də məcbur qalıb taxtanın üzərinə qoyduq, qonşuların köməyi ilə yaralını xəstəxanaya çatdırdıq".

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO