Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96813
az

Kreditlə bağlı şad xəbər - Yeni qanun

19:2921 Oktyabr, 2023
520
İQTİSADİYYAT
  • A

"Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək.

OXU24.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

"Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanun layihəsi bankların girov kimi cəlb etdiyi əmlakın da doğru qiymətləndirilməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq müəyyənləşdirilirdi.

Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun", - deyə deputat əlavə edib.

Qeyd edək ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı