Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84007
az

“Kapital Bank”la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!

15:0507 Mart, 2023
321
İQTİSADİYYAT
  • A

“Kapital Bank” ASC hər il olduğu kimi bu il də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Women of Azerbaijan” platforması çərçivəsində sahibkar xanımlara yeni fürsətlər təqdim edir. Bu il “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı yeni və maraqlı layihəni təqdim edir.

Layihə çərçivəsində ölkənin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstəriləcək. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər və vörkşoplar keçiriləcək.

Layihədə iştirak etmək istəyənlər 8 mart – 22 mart 2023-cü il tarixləri aralığında //woa.az/ saytına keçid etməklə qeydiyyatdan keçə bilərlər. Aprelın 3-dən bu sahədə peşəkar şəxslər təlimlərə və “workshop”lara start verəcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçə bilərsiniz.

Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  inflyasiya ay ərzində artaraq 7,84%-ə çatıb
Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb
Azərbaycan nefti bahalaşdı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO