Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80405
az

Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi

10:2309 Yanvar, 2023
347
İQTİSADİYYAT
  • A

Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi

 

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” layihəsini həyata keçirdi.

 

Layihə çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1685 nəfər şəhid övladına bayram hədiyyələri Azərpoçt vasitəsilə təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edib, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.

 

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötüb
“Brent” neftin qiyməti 84 dolları ötüb
Naxçıvanda bu il 68 dövlət əmlakı özəlləşdirilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO