Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7367
az

Şəhid ailələrinə mənzillər verildi - FOTOLAR

16:5624 Noyabr, 2018
787
İQTİSADİYYAT
  • A
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kürdəmir və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərini şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Nazirlikdən verilən məlumata görə, yeni evlərlə təmin olunan şəhid ailəsi üzvləri Əsnayə Mütəllimova və Gülağa Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Onlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən, eyni zamanda dövlət başçısının müvafiq fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən razılıqla söz açıblar.

Evlərin təqdim olunması zamanı sosial cəhətdən həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqları vurğulanıb, onlara yönələn dövlət qayğısından bəhs olunub.

Bildirilib ki, mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsidir və bu istiqamətdə işlər ildən-ilə gücləndirilir. Bu ilin avqust ayında Bakının Qaradağ rayonunda daha 35mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni cari ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.
   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR