Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70609
az

65 yaşına çatmış şəxslərin NƏZƏRİNƏ - VİDEO

00:0809 İyun, 2022
292
İQTİSADİYYAT
  • A

65 yaşına çatmış şəxslərin əmək müqaviləsinə xitam verilir. 

Milli.Az xəbər verir ki, bu yaşdan sonra işləmək istəyənləri narahat edən məsələlərlə bağlı "Xəzər TV"nin "Xəbər ertəsi" verilişində ətraflı məlumat verilib. Sujetdə mövcud məsələylə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da müəyyən edilmiş yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasının düzgün olmadığını bildirib. Onun fikrincə, uzun müddət əmək prosesində işləyib təcrübə toplamış belə şəxslərin bilik və bacarıqlarından yararlanmaq lazımdır: "Belə müraciətlər bizə də çox olunur. Lakin 65 yaşa çatıb, kifayət qədər iş və əmək qabiliyyəti olan şəxslərin təcrübəsindən bəhrələnmək daha faydalı olar". 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı deyib ki,  65 yaşdan yuxarı şəxslərin əmək fəaliyyəti ilə bağlı qaydalar özəl və bəzi dövlət müəssisələrinə şamil edilmir: "Bu qayda elmi müəssisə, təşkilatlar və ali təhsil ocaqları üçün keçərli deyil".

65 yaşı tamam olan şəxslərin yenidən əmək prosesinə cəlbi üçün də müəyyən qaydalar var. Aynur Osmanqızı bildirib ki, onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artıla bilər. Əgər bu müddətdən sonra yaşı 65- dən yuxarı olan şəxslər yenidən əmək fəaliyyəti ilə məşğul olmaq istəsələr, bu şans onlara yenidən verilə bilər: "Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətlərinin olması vacibdir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü