Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68755
az

Ölən şəxsin pensiyasını almaq mümkün olacaq - Azərbaycanda yenilik

16:1825 Aprel, 2022
272
İQTİSADİYYAT
  • A

Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan görə, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur.

Bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyuib.

O, bildirib ki, “Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvüləri arasında bölüşdürülməsini nəzərdə tutur:

“Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Dəyişikliklərdən sonra bu reallaşacaq”.

 Vüqar Bayramov bildirib ki, digər dəyişiklik, pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır.

 Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq.

 Dəyişiklik layihəsi Milli Məclisinin 26 aprel tarixili Plenar İclasında müzakirəyə çıxarılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi