Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64589
az

“Kapital Bank” “Baku International HR Forum”da iki mükafata layiq görülüb

10:5901 Fevral, 2022
205
İQTİSADİYYAT
  • A

28 yanvar 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da növbəti “Baku International HR Forum” keçirilib.

"Kapital Bank" ASC-nin baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.

Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: “İnsan kapitalının inkişafı”, “Gələcək innovasiyalar” və “CEO-ların HR-dan gözləntiləri”. Tədbirdə "Kapital Bank"ın İdarə Heyəti sədrinin I müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. “Kapital Bank” da 2 nominasiya üzrə - “Ən yaxşı transformasiya strategiyası” və “Ən yaxşı KSM strategiyası” (“Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb.

“Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, "BirKart" sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti ucuzlaşdı
Bu quruma 2 yeni xidməti avtomobil veriləcək
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.05.2024)

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı